Just open your eyes, and see that life is beautiful…

‘IT’ Kateqoriyası üçün arxiv

iPad-2 gəlir

“Apple”nin rəhbəri Steve Jobs Apple iPad-2 haqda ictimaiyyətə məlumat verib.


Onun dediyinə görə,  bu məhsul 11 mart tarixində satışa çıxarılacaq. 2 kameralı, daha ince, daha həfif olan iPad 2 əvvəlki qiymətə yəni 499 dollara olacaq. Yeni iPad 2-nin ən böyük özəlliyi 2 kameraya malik olmasıdır. Ön tərəfdəki kamera iPhone 4’də olduğu kimi Facetime görüntülü danışmaq üçündür. Digər tərəfdə də şəkil çəkmək üçün kamera var.

Məhsulun Azərbaycana nə zaman gələcəyi haqda isə məlumat yoxdur. (daha&helliip;)

Advertisements

“SONY”dən daha bir yenilik

Yaponiyanın Sony şirkəti mobil telefonlar üçün ən dəqiq və yüksək sürətli CMOS-matrisa yaradıldığını elan elan edib. Sensorun ayırdetmə qabiliyyəti 17,7 meqapiksel təşkil edir ki, bu dünyada ən yüksək göstəricidir. Bundan əlavə, bu Sony şirkətinin hazırladığı ötürmə qabiliyyəti çox yüksək olan birinci fotomatrisadır. Qurğu məlumatları saniyədə 34,8 giqabit sürətlə ötürür. Bir neçə pikselin paralel emalı texnologiyasının köməyi ilə matrisa son təsviri almaq üçün 75 faiz az vaxt sərf edir.

Qeyd edək ki, bunun sayəsində CMOS-sensor saniyədə 120 kadr sürətlə videotəsvirlər yazmağa imkan verir. Sony şirkəti rəqəmsal kameraları və mobil telefonları da belə sensorla təchiz etməyi planlaşdırır. Qurğunun satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir.   (daha&helliip;)

Brilliant «BlackBerry»

«İceLink» şirkəti qara brilliantlarla bəzədiyi15 min dollarlıq «BlackBerry Bold 9700» smartfonunu təqdim edib.


(daha&helliip;)

ƏN NAZİK SMARTFON

Dünyanın ən nazik smartfonu tezliklə Avropa və Asiyada satışa çıxarılacaq

Dünyada nəhəng şirkətlərdən sayılan “Samsung” şirkəti yeni “Galaxy S II” smartfonunun təqdimatını keçirib. Onun qalınlığı 8,49 mm-dir. Bu, dünyanın ən nazik smartfonudur.

Qeyd edək ki, “Galaxy S II” smartfonu Google Android 2.3 əməliyyat sistemi ilə işləyəcək. Modelin displeyi 4,27 düym diaqonala malikdir, onun təsvir ölçüsü isə 800×480 piksel təşkil edir. Cihaz Samsung şirkətinin istehsalı olan Super AMOLED+ texnologiyası əsasında işləyir. (daha&helliip;)

“WİNDOWS PHONE” “NOKİA” İLƏ YENİ TELEFON HAZIRLAYACAQ

Artıq hər iki şirkətin baş direktorları Stefen Elop və Stiv Balmer müvafiq sənəd də imzalayıb. 

“Nokia” şirkəti “Windows Phone” əməliyyat sisteminin strateji irəliləməsi ilə məşğul olacaq ki, eyni zamanda “Nokia” şirkəti sözügedən əməliyyat sistemi bazasında yeni smartfon hazırlayacaq. Öz növbəsində “Microsoft” yeni smartfonu «Bing» sisteminin axtarış imkanları ilə təmin edəcək. (daha&helliip;)

Bunlar da televizordur =)

(daha&helliip;)

İnformasiya Texnologiyaları İnstitutunda “Təhlükəsiz İnternet” günü qeyd olunub.

AZE.az – ın verdiyi məlumata görə fevralın 8 – də Azərbaycan Milli Elmlər Akademiyasının Texnologiya İnformasiyaları İnstitutunda (İTİ) “Təhlükəsiz İnternet” gününə həsr olunmuş seminar keçirilib. (daha&helliip;)

%d bloqqer bunu bəyənir: