Just open your eyes, and see that life is beautiful…

Yaponiyanın Sony şirkəti mobil telefonlar üçün ən dəqiq və yüksək sürətli CMOS-matrisa yaradıldığını elan elan edib. Sensorun ayırdetmə qabiliyyəti 17,7 meqapiksel təşkil edir ki, bu dünyada ən yüksək göstəricidir. Bundan əlavə, bu Sony şirkətinin hazırladığı ötürmə qabiliyyəti çox yüksək olan birinci fotomatrisadır. Qurğu məlumatları saniyədə 34,8 giqabit sürətlə ötürür. Bir neçə pikselin paralel emalı texnologiyasının köməyi ilə matrisa son təsviri almaq üçün 75 faiz az vaxt sərf edir.

Qeyd edək ki, bunun sayəsində CMOS-sensor saniyədə 120 kadr sürətlə videotəsvirlər yazmağa imkan verir. Sony şirkəti rəqəmsal kameraları və mobil telefonları da belə sensorla təchiz etməyi planlaşdırır. Qurğunun satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir.  

Xatırladaq ki, Sony şirkəti ötən ilin oktyabrında 16,41-meqapiksellik sensor təqdim etmişdir. Qeyd olunmuşdur ki, həmin qurğu saniyədə 30 kadr sürətlə 1080 p ayırdetmə qabiliyyətli video görüntülər yazmağa imkan verir. Bu matrisa keçən ay satışa çıxarılmışdır. Sony şirkəti 2011-ci ilin aprel ayından 8,3 meqapiksel gücündə “büdcə” sensorunu bazara çıxarmağı planlaşdırır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: