Just open your eyes, and see that life is beautiful…

Malatyada bir çiçəkçinin  “Sevgililər Günü” üçün xüsusi olaraq satışa təqdim etdiyi 365 gün ərzində solmayan güllər böyük maraq doğurur. Şəhərdə 33 ildən bəri çiçəkçiliklə məşğul olan  Əli Rıza Fırat Sevgililər Günündə xüsusi Ekvatorial gülləri ilə sevənlərin eşqlərini çox uzun bir müddət ifadə edə biləcəyini bildirdi.

Sektora qazandırılan yenilikləri qısa zamanda müştəriylə görüşdürməyə çalışdığını ifadə edən Fırat solmadan 365 gün qala bilən bu xüsusi gülləri də “Sevgililər Günü” ndə xüsusi olaraq müştərilərlə görüşdürdüyünü açıqladı.

Tamamilə təbii olan ekvator güllərinin ilk günki təravəti və 365 gün davam edən canlılığı ilə insanların sevgilərini çatdırmasının ən gözəl və səssiz yolu olduğunu dilə gətirən Fırat,  bunları qeyd etdi:

“Afrikadan gətirdiyimiz 20 fərqli rəngli ekvator güləri ilə  sevgililərə eşqlərinin rənglərini özlərinin seçməsini təmin edirik.  Müştərilərimizin bu güllərlə eşqlərini çox uzun bir müddət ifadə edə biləcəyini düşündük. Əl ilə təmas olunmadığı təqdirdə bu xüsusi güllər 1 il boyunca yaşayacaqdır. Hər hansı bir suya və xüsusi qulluğa ehtiyacı olmayan güllərin solmaması üçün yalnız sevgi və baxışlar kifayət edəcəkdir.”

Əlavə vəsaitlərlə xüsusi görünüş və vizuallıq qatılaraq bu güllər satışa təqdim olunub. Ən çox satılan rənglərin isə qırmızı, yaşıl , bənövşəyi və qara olduğu bildirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: