Just open your eyes, and see that life is beautiful…

18 gündür xalqın çağırışlarına müqavimət göstərən Misir prezidenti Hüsnü Mübarək istefa verdi. Mübarəyin müavini Ömər Süleyman, “Mübarək səlahiyyətlərini orduya təhvil verdi” dedi. Istefa xəbəri Təhrir Meydanı’nı bayram yerinə çevirərkən, Mübarəkin İsveçrədəki mal varlıqları donduruldu. Müdafiə naziri Hüseyn Tantavi, ölkəni idarə edəcək hərbi Şuranın başına keçdi.

Misir prezidenti Hüsnü Mübarəkin istefa etdiyini açıqlayan prezident müavini Ömər Süleyman, TV-dən verdiyi açıqlamada, Mübarəyin, dövləti idarəetməsində  Silahlı Qüvvələr Yüksək  Şurasına “vəzifələndirdiyini” söylədi.

Süleyman, “ölkəmizin keçirməkdə olduğu  çətinliklərlə dolu inkişafları çərçivəsində prezident Hüsnü Mübarək, bu mövqesindən istefa etməyə qərar verdi” dedi.

Misir ordusu isə, prezident Hüsnü Mübarəkin istefasından sonra səlahiyyətləri ələ almasına baxmayaraq bir qanuni hökumətin yerinə keçə bilməyəcəyini, ölkənin yeni rəhbərliyinin qurulması üçün Misir xalqının istəkləri istiqamətindəgörüləcək tədbirlər və  razılıq mövzusunda daha sonra bir şərh ediləcəyini bildirib.

Silahlı Qüvvələr Yüksək Şurasının açıqlamasını TV-dən oxuyan hərbi spiker, Mübarəkin “xalqın mənafeləri istiqamətində istefa etdiyini” ifadə edərək, qiyam zamanı həyatını itirən şəhidləri salamladığını ifadə etdi.

Bu vaxt Müdafiə Naziri Hüseyn Tantavi, ölkəni idarə edəcək hərbi Şuranın başına keçdi.

Müxalif  liderlərdən Məhəmməd Əl Baradey isə verdiyi açıqlamada, “Bu mənim həyatımın ən xoşbəxt günüdür. Ölkəmiz onillərlə sürən təzyiqlərinin sonunda nicat tapdı” dedi.

Bu arada Mübarəkin istefasını açıqlamasından yarım saat sonra İsveçrə hökuməti Mübarəkin İsveçrə banklarında olan hesablarını dondurmaq qərarı aldı.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: