Just open your eyes, and see that life is beautiful…

Bir salama dəymədi…

Bir gün mən səni gördüm

Salam vermək istədim

Üzünü yana tutdun

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub bir vurduğu illəri

Axı nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər

Bir salama dəymədi?

Həyəcanla, fərəhlə, qəmlə dolu o illər

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanimdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun

Şirin gülüşlərimiz, acı fəqanlarımız

Bir salama dəymədi?

Sən neylədin bir düşün!

Yalnız indi anladım:ah, sən daha mənimçün

Əl çatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!

Qop, ey tufan, əs, ey yel! Xəzəl olum tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət bir salama dəymədi

Bir günlük həsrətimə dözə bilməyən, gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan

Sən necə etinasız ötə bildin yanımdan

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm

Sənin qəlbin əsmədi

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kəsmədi?

Qazancımız de bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülüm yaraşır

Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Bəxtiyar Vahabzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: