Just open your eyes, and see that life is beautiful…

Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçi edəcək təmsilçilərin adları açıqlanıb..

Dünən Akademik Milli Dram Teatrında İTV-nin canlı yayımı ilə “Eurovision-2011″in milli seçim turu çərçivəsində final gecəsi keçirildi. Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil etmək üçün beş finalçı – Nigar Camal,  Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova çıxış edib öz imkanlarını göstərdilər. İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış etdilər. Bir dəfə Azərbaycan, üç dəfə ingilis dilində mahnılar səsləndirdilər.

Finalçıların çıxışları başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri – İsmayıl Ömərov, Lalə Kazımova, Rauf Babayev, Mənzər Nurəliyeva, Faiq Sücəddinov, Zəhra Bədəlbəyli və Zülfiyyə Xanbabayeva qalibi müəyyən etmək üçün qapalı görüş keçirdilər. Uzun sürən məsləhətləşmələrdən sonra Azərbaycanı “Eurovision – 2011″də təmsil edəcək nümayəndənin adı açıqlandı – Eldar Qasımov və Nigar Camal! Onlar müsabiqədə duet ifa edəcəklər.

Təmsilçilərimizə UĞURLAR arzu edirik !!!

Şərhlər: "Azərbaycan – “Eurovision-2011” – Sürpriz duet!" (2)

  1. Mence ugurlu secimdi amma unutmaq olmaz ki son iller erzinde hec bir duet qalib gelmeyib yalniz 2-ci 3-cu ve s. yeri tutublar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: