Just open your eyes, and see that life is beautiful…

 

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

 

İlqarı gözəl olmayanı istəməz aşiq,

Can ver elə canana ki, ilqarı gözəldir.

 

Mən bir uca boylu gözəlin zülfünə bəndəm

Rüxsarı gözəl, şivəsi, rəftariı gözəldir.

 

Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur,

Amma bizim ölkə bütün elcari gözəldir.

 

Yar olsa mənimlə, mənə biganə ne eylər?

Uçmaz elə bir xanə ki, memarı gözəldir.

 

Mən istediyimçün o gülü qeyri də sevdi,

Qiymətli o şeydir ki, xiridarı gözəldir.

 

Vahid, mənə  insaf elə, sima ilə baxma!

Əhsən elə bir şairə – eşari gözəldir.

 

/Əliağa Vahid/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: