Just open your eyes, and see that life is beautiful…

Bu gün dekabr ayında start verilən “WeBlog” təliminin sonuncu günü idi. Nəzərinizə çatdırım ki, “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog” adlı blogging təlimlərinin açılış mərasimi 15 dekabr 2010 – cu il tarixində “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında keçirilmişdir. Keçirilmiş təlimlərdə əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılması idi. 

Ümumilikdə təlimlərdə 50 nəfər gənc iştirak etmək hüququ qazanmışdır. Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə “İRƏLİ” İctimai Birliyinin layihələr mərkəzində keçirilmişdir.

Sonuncu “WeBlog” təlimi bu gün – 07.02.2011-ci il  tarixində saat 14:45-də İrəli İctimai Birliyinin yeni ofisində – “IRƏLI” Gənclik Mərkəzinin Şuşa zalında keçirilmişdir. Son təlim dərsinə  Samir Yəhyazadə dəvət olunmuşdu. O, blog haqha daha geniş məlumatlar verdi, həmçinin blog vasitəsilə pul qazanmaq yollarından danışdı. Sayəsində çox dəyərli informasiyalar qazandıq. Təşəkkürümüzü bildiririk..

Təlim tamamilə sona çatdıqdan sonra və ən yaxşı blogların sahibləri sertifikatla təltif olunduqdan sonra “İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi “WeBlog”-2 adlı blogging təlimlərinə start verəcək…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: