Just open your eyes, and see that life is beautiful…

HoloAd” xüsusi eynək tələb etmir.

 

Bu günlərdə Las-Veqasda keçirilən “CES-2011” sərgisində adi ikiölçülü video və foto təsvirləri holoqramlara keçirmək imkanına malik qurğu nümayiş etdirilib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “InnoVision Labs” şirkətinin təqdim etdiyi prototip “HoloAd Diamond” adlandırılıb.

 

“Dvice” onlayn nəşrinə görə, “HoloAd”ın platformasında göstərilən holoqramlar 3D-qurğularda nümayiş etdirilən irihəcmli təsvirlərin əksəriyyətindən daha keyfiyyətli görünür. Qurğunun iş qabiliyyətini yoxlamaq üçün jurnalistlər buraya özlərinin fləş-kartlarını daxil edib və yaddaş kartında olan təsvirlərin relyef effekti alaraq parlaqlığının itirilmədiyinin şahidi olublar. Holoproyektor videonu da holoqrama çevirmək imkanına malikdir, lakin hələ ki qurğu yalnız FLV video-kodekini dəstəkləyir.

 

Konstruksiya baxımdan “HoloAd” özündə bir neçə proyektorun işıq axınının istiqamətini dəyişdirən prizmanı əks etdirir və belə vəziyyətdə tamaşaçı holoqram təsviri istənilən nöqtədən izləmək imkanı qazanır. 3D-qurğuların böyük əksəriyyətindən fərqli olaraq “HoloAd” xüsusi eynək tələb etmir.

 

“InnoVision” sərgidə “HoloAD Diamond” qurğusunun i1280x1024 piksel təsvir ölçülü, 450 Vt enerji sərfiyyatlı və 95 kiloqram çəkili “DS3_King” və müvafiq göstəriciləri 640×480 piksel, 200 Vt və 16 kiloqram təşkil edən “DS3_Queen” modellərini təqdim edib. Yeni qurğunun kifayət qədər iri ölçüləri və çəkisinə baxmayaraq, şirkətdə “HoloAd”ı gələcəyin 3D televiziyasının nümunəsi hesab edirlər. Bu gün qurğunun modellərini müvafiq olaraq 10 min və 4,5 min dollara əldə etmək olar. Tərtibatçılar hesab edir ki, gələcəkdə modellərin qiyməti enəcək.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: