Just open your eyes, and see that life is beautiful…

Bir sıra Avropa ölkələrində yağan qar əsl fəlakətə çevrilib. Almaniyada yollarda buzlaşma onlarla yol qəzasının baş verməsinə səbəb olub.

 

Bavariyada buzlu yolda yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində 30-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Xilasetmə işləri ilə əlaqədar olaraq, qəzanın baş verdiyi yol bağlanıb.

Norveçdə vəziyyət daha pisdir.

 

Son illərin ən güclü qarı ölkənin böyük bir hissəsində avtomobil və dəmiryol nəqliyyatının işini iflic edib.

 

Yaxın gələcəkdə Norveçdə havanın yaxşılaşacağı proqnozlaşdırılmır.

Latviyada isə güclü qar yağması ciddi çətinliklər yaradıb. Latviya hökuməti ölkə tarixində ilk dəfə fövqəladə vəziyyət elan edib.

 

Fövqəladə vəziyyət ölkənin 40 əyalətində elan olunub. Paytaxt Riqada da güclü qar yağsa da, hələlik şəhər fövqəladə vəziyyətin elan olunduğu bölgələr siyahısına salınmayıb.

 

Qarın ağırlığından 1000-dən çox ağac qırılaraq aşıb, elektrik enerjisi naqilləri qırılıb.14 minə yaxın yaşayış evində elektrik enerjisi təchizatı kəsilib.

 

Bərpa işlərinə hərbi texnika cəlb olunub. Vəziyyətin pisləşməsinə yol verməmək üçün Latviya energetika qurumları Litva və Estoniyadakı həmkarlarından kömək istəyib.

 

Şərhlər: "Bir sıra Avropa ölkələrində qar fəlakətə çevrilib" (3)

  1. Yazlnız Bizim dövlətdə qış mülayim keçib deyəsən.Amma N müəllim düz deyirdi

  2. Qlobal soyuqlaşma-Buzlaşma dövrü başlanıb

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: