Just open your eyes, and see that life is beautiful…

2011-ci ilin mayında Düsseldorf şəhərində (Almaniya) keçiriləcək 56-cı “Eurovision” mahnı müsabiqəsində 43 ölkə təmsil olunacaq.

APA-ya istinadən bildirilir ki, Avropa Yayımlar Birliyi (EBU) iştirakçı ölkələrin siyahısını 2010-cu ilin son günü açıqlayıb. Beləliklə, “Eurovision -2011” musiqi yarışmasında Azərbaycan, Albaniya, Almaniya, Avstriya, Belarus, Belçika, Böyük Britaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, İslandiya, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İsrail, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Portuqaliya, Polşa, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukrayna iştirak edəcək.

Bir neçə ildir, “Eurovision”da təmsil olunmayan 4 ölkə yenidən müsabiqəyə qayıdıb. Avstriya sonuncu dəfə 2007, Macarıstan 2009, İtaliya 1997, San-Marino 2008-ci ildə müsabiqədə iştirak edib.

43 ölkədən hansının I və II yarımfinalda iştirak edəcəyi yanvarın 17-də Düsseldorfda keçiriləcək püşkatma zamanı məlum olacaq. Hər yarımfinalda 19 ölkə təmsil olunacaq, yarımfinalın hər birindən 10 ölkə finala vəsiqə qazanacaq. Müsabiqənin keçirilməsinin təşəbbüskarı olan 5 ölkə finalda birbaşa iştirak edəcək. Mayın 10-u və 12-də keçiriləcək yarımfinallarda ölkə təmsilçilərinin çıxış nömrəsi isə martın 14-də məlum olacaq.

Müsabiqə tarixində 43 ölkə təmsilçiliyi ancaq 2008-ci ildə Belqradda keçirilən “Eurovision” yarışmasında olub. Onu da əlavə edək ki, artıq “Eurovsion-2011” yarışmasının mayın 14-də keçiriləcək finalına 35 min bilet satılıb.

Qeyd edək ki, “Eurovision-2011” yarışması Düsseldorf Arenada baş tutacaq. Müsabiqənin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcək.

Bu arada xatırladaq ki, 2010-cu ilin son günü – dekabrın 31-də keçirilən yarımfinalın axırıncı həftəsinin qalibi “Yeni ulduz” yarışmasının laureatı İlhamə Qasımova və gənc müğənni Nigar Camal olub. Yarımfinalın yeddinci həftəsində də növbəti gözlənilməz hal baş verib və 12 ifaçıdan ikisi finala vəsiqə qazanıb. Yeddinci həftənin üçüncüsü Azad Şabanov, dördüncüsü Günay Əhmədova, beşincisi Nigar Dərgahzadə, altıncısı Səbinə Məmmədova, yeddincisi Lalə Əliyeva, səkkizincisi Davud Əsgərli, doqquzuncusu Sadıq Ağamalıyev, onuncusu Tahir Quliyev, on birincisi Habil Əhmədov, on ikincisi isə Orxan Nəsibov olub.

Sonuncu yarımfinal həftəsinin yekun günündə Azərbaycan estradasının tanınmış müğənniləri qonaq qismində iştirak edib, yarımfinalçılara dəstək olublar. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova isə doğum gününü namizədlərlə birgə keçirib. Sonuncu yarımfinal həftəsinin yekun günü bayram əhval-ruhiyyəsi ilə yadda qalıb. 7 yarımfinal həftəsindən finala vəsiqə qazanan ifaçılar da öz mahnılarını təqdim ediblər.

Beləliklə, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision” müsabiqəsində iştirak edəcək Azərbaycan təmsilçisi Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barklay, Arzum, Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal arasından seçiləcək. Təmsilçi isə final mərhələsində müəyyən olunacaq. Final mərhələsinin fevralın ilk günlərində təşkil olunması nəzərdə tutulur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: