Just open your eyes, and see that life is beautiful…

Palmali” Şirkətlər Qrupu Azərbaycan qəhrəmanları, ziyalıları və tarixi guşələrimizi dünya sularında tanıtmağa davam edir. Yalovadakı Beşiktaş Tərsanəsində 4 ayda hazırlanması başa çatan Mübariz İbrahimov adlı petrol tankeri dənizə endirildi. Palmali Dənizçilik Qrupunun sifariş etdiyi 10 petrol tankerindən ilki olan gəmiyə, Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verildi. Tankerin suya buraxılması ilə keçirilən mərasimə Mübariz Mənsimov, ” Beşiktaş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri İhsan Kalkavan, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Mübariz İbrahimovun valideynləri qatılıblar. Açılışda göz yaşlarını tuta bilməyən şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, “O, vətənini və allahını sevən bir övlad idi. Hər şeyi bilirdi, öləcəyini də. Amma çox çox inanıram ki, Mübarizin adı daima yaşayacaq” dedi. Neft tankeri daha sonra Ağakərim İbrahimov və Validə İbrahimova tərəfindən suya endirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: